Topaz 

Баку

Topaz 

“Azərinteltek Qapalı Səhmdar Cəmiyyəti 19 yanvar 2010-cu il tarixində Azərbaycanın mərc oyunları sektorundakı investisiya potensialını qiymətləndirmək məqsədilə yaradılıb. Şirkətin təsisçilərindən biri Turkiyənin mərc oyunları sektorunda ixtisaslaşan “İnteltek” şirkətidir. “İnteltek” şirkəti, 2004-cü ildən etibarən Türkiyə Respublikasının ilk və tək qanuni mərc oyunları operatorudur. Ötən müddət ərzində hər il yeni nailiyyətlərə imza atan “İnteltek” şirkəti hal-hazırda dünya mərc oyunları bazarının ən qabaqcıl və innovativ şirkətlərindən birinə çevrilmişdir.

Azərinteltek Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Topaz” əmtəə nişanı ilə 18 yanvar 2011-ci il tarixindən etibarən Azərbaycan Respublikasında faktiki olaraq mərc oyunlarının keçirilməsinə başlanmışdır. Belə ki, qısa müddət ərzində, Bakı və Abşeron yarımadası başda olmaqla ölkənin əksər regionunda “Topaz” ticarət nümayəndələri fəaliyyətə başlamışdır.

Azərinteltek Qapalı Səhmdar Cəmiyyətinin əsas məqsədi ölkə idmanının və iqtisadiyyatının inkişaf etdirilməsidir.

İnanırıq ki, tezliklə Azərinteltek Qapalı Səhmdar Cəmiyyəti ölkənin və dünyanın qabaqcıl şirkətləri arasında yer alacaqdır və “Topaz” ən tanınmış markalardan biri olacaqdır.”