ООО Turan Restoranlar Şəbəkəsi 

Сумгаит

Сферы деятельности

Гостиницы, рестораны, общепит, кейтеринг

ООО Turan Restoranlar Şəbəkəsi 

TURAN Restoranlar Şəbəkəsi öz başlanğıcını 1991-ci ildə “Çerkassı” adı kafesindən (indiki “BAKI” restoranı) götürmüş və inkişaf yoluna başlamışdır. Daim yeniliklərə açıq olan, fəaliyyət prinsiplərini kamilləşdirən, xidmət sahələrini genişləndirən, restoran seqmentində daha çox insana xidmət göstərməyi özünə hədəf alan şirkət rəhbərliyinin şəxsi səyi, peşəkar mütəxəssisləri seçmə bacarığı və onlarla komanda şəklində işləməsi öz nəticəsini verib. – artıq “TURAN Restoranı” adı ilə ün qazanan 7 ailəvi istirahət məkanını özündə birləşdirən şəbəkə qurulub. 

Bu gün  qürurla qeyd edə bilərik ki, TURAN Restoranlar Şəbəkəsi Sumqayıt şəhərində restoran sektoru üzrə 1-ci yerdədir. Beləki, Sumqayıt şəhərində ailəvi istirahət məkanının yaradılması və restoran mədəniyyətinin formalaşması baxımından tətbiq edilən ən gözəl, yaddaqalan və sevilən yeniliklər məhz bu şəbəkəyə məxsusdur. Yeniliklərlə hər zaman seçilən TURAN Restoranlar Şəbəkəsi, istər yerli, istərsə də, şəhərimizin xarici qonaqlarının sevgisini qazanıb və bu sevginin qorunması üçün öz peşəkar, gülərüz personalı, yüksək xidməti ilə hər zaman öndə olub. TURAN kollektivi daim öz üzərində çalışır, sorumluluqlarını dərk edərək, irəliyə doğru addımlayır... Məhz bu səbəbdən TURAN Restoranlar Şəbəkəsində fəaliyyət göstərən  hər bir əməkdaşın peşəkarlığı, bilik və bacarıqlarının artırılması üçün böyük səylər göstərilir; bu istiqamətdə təlim, təkmilləşdirmə kurslarının təşkili və digər təhsil proqramlarını dəstəkləyərək həyata keçirilir. Hətta, bu yöndə inkişafın daha da təsirli olması üçün TURAN Restoranlar Şəbəkəsinin “Təlim və İnkişaf Mərkəzi” fəaliyyətə başlamışdır. Bu Mərkəz nəinki öz Şəbəkə üzvlərinə, eləcə də, TURAN Restoranlar Şəbəkəsinin aid olduğu ictimai-mədəni, sosial-iqtisadi seqmentin digər üzvlərinə də öz dəstəyini əsirgəmir; TURAN Restoranlar Şəbəkəsi Təlim və İnkişaf Mərkəzinin xidmətlərindən digər restoran və otellər bugün və gələcəkdə də yararlana bilər. Bundan əlavə TURAN Restoranlar Şəbəkəsi hal hazırda sahibkarlara və investorlara 3 növ əməkdaşlıq prinsipləri təklif edir:

  1. İctimai-İaşə sektorlarının (Otel, Restoran, Kafe və s.) idarə olunması xidmətləri;
  2. Françayzinq (Brendin istifadə edilməsi üçün lisenziyanın verilməsi);
  3. Konsaltinq xidmətləri.

Aşağıda bu və digər təkliflərin geniş xülasəsi verilmişdir:

  • Böhran əleyhinə idarəetmənin təşkili və idarə edilməsi;
  • Restoran proyektlərinin analiz edilməsi;
  • Konsepsiyaların yaradılması;
  • Restoranların proyektləşdirilməsi və tikilməsi;
  • Restoranların xüsusi dizaynla dekorasiya edilməsi və interyer ilə təmin edilməsi;
  • Restoranların açılışına hazırlıq proseslərinin təşkili və təmini;
  • Restoran və otellərin idarəedilməsi;
  • Françayzinq;
  • Ekspress xidmətlərin təşkil edilməsi...

Şirkətdaxili nizam-intizam qaydalarının qorunub saxlanılması məqsədi ilə TURAN Restoranlar Şəbəkəsinin Baş ofisi tərəfindən vaxtaşırı iclas, attestasiya, aylıq dəyərləndirmə və digər vacib, təxirəsalınmaz tədbirlər görülür. Həmçinin yeməklərin tərkibi və hazırlanması işi gündəlik nəzarətdə saxlanılaraq xüsusi ekspert qrupları tərəfindən yoxlanılır. Kollektiv üzvləri ilə uyğun mövzular - fövqəladə hallar, təhlükəsizlik texnikası qaydaları, davranış və gigiyena qaydaları, restoran etiketi, işgüzar xidmət etikası və s. haqqında söhbətlər aparılır.

TURAN Restoranlar Şəbəkəsinə daxil olan Restoranlarda mövcud banket zalı, açıq hava ortamı və qapalı kabinlərdə aşağıdakı əsas xidmətlər təklif edilir*

  • Açıq masa tipli xidmət növü;
  • Fast-Food çeşidləri;
  • “YE-DE” Şirniyyat bölümünün xidmətləri;
  • A-la-card xidmət növü;
  • Banketlər (Toy, nişan, xına törəni, ad günü, bayram və s);
  • Özəl günlərdə şou-proqram və konsertlərin təşkili və keçirilməsi;
  • Yalnız ailəvi istirahət üçün ayrılmış özəl məkanlar;
  • Uşaqlar üçün oyun meydançası;
  • Uşaq və böyüklər üçün əyləncə güşəsi (Gülüş otağı, tir-laser, bouling);
  • “VİP zona” sifarişi;
  • Ev və iş yerinə sifariş (çatdırılma)...

Əlavə xidmətlər:

  • Biznes-tədbirlər (konfrans, seminar, təlim, iclas və s.);
  • Koorporativ tədbirlər;
  • Coffee-brake təşkili;
  • Özəl tanıtım, təqdimat mərasimlərini təşkili (Prezentasiya);
  • Furşetlərin təşkili;
  • Kokteyl-partilər;
  • Toy, ad günü, bayram və s. özəl günlərdə zalların xüsusi sifarişlə bəzədilməsi;
  • Tədbirlərdə foto və video çəkiliş, fərdi fotosessiya;
  • Uşaq tədbirlərini qeyd etmək üçün yaradılmış əyləncə proqramları, intelektual yarışmalar;
  • Şəhər sakinləri və turist qrupları üçün ölkənin tarixini və gözəlliklərini əks etdirən  yerlərə gəzinti (Özəl proqram, bələdçi, nəqliyyat, fotossesiya daxil...);
  • Uşaqlar üçün dayə;
  • Daşınma xidməti;
  • Ayıq sürücü xidməti;
  • Canlı musiqi;
  • Face-art;
  • Özəl günlər üçün “foto albom” təşkili...

*Yuxarıda sadalananların istənilən biri ilə maraqlanan hər kəs uyğun obyektlərə yönləndirilir.


TURAN Restoranlar Şəbəkəsi yuxarıda sadalanan tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün ideal seçimdir. Beləki, Şəbəkəyə daxil olan hər bir restoranda təşkil olunmuş (yuxarıdakı) tədbirlər və özəlliklə ailəvi dincəlmək üçün güvənli, əlverişli ortam mövcuddur; habelə restoranlarımız şəhərin ən görkəmli məkanlarında yerləşib. Bu baxımdan, TURAN Restoranlar Şəbəkəsinə daxil olan restoranlar əsasən parkların çevrəsində yerləşməsi təsadufi deyildir. Bundan başqa, öz qonaqlarına daha da peşəkar xidmət göstərmək məqsədi ilə TURAN Restoranlar Şəbəkəsi 25 illik inkişaf tarixinə baxmayaraq, bugün də, inkişaf edir, xidməti prosesləri avtomatlaşdırır; şəbəkə kollektivi qazanılmış uğurlarla yetinməyərək, yeni innovasiyalar axtarışındadır. Çoxfunksiyalı istirahət məkanı olaraq çağdaş standartlara uyğun texniki avadanlıqlarla təchiz olunmuş TURAN Restoranlar Şəbəkəsi, təzə və keyfiyyətli (halal) ərzaq  məhsullarından hazırlanmış (Azərbaycan və Avropa mətbəxinə xas) yeməkləri, həmçinin dadlı-tamlı çörək çeşidləri, “YE-DE” şirniyyatları, mürəbbə, tutma və TURANa özəl müəllif yeməkləri ilə... bir başqa seçilir... Yeməklərin hazırlanması prosesində (ümumən xidmət zamanı) gigenik tələbləri tam təmin edən təcrübəli, sertifikatlaşmış aşpazlardan ibarət komandaya malik olmaq şəbəkəmizin üstünlüklərini şərtləndirən amillərdəndir. Buradakı  xörəklərin hər biri öz işini layiqincə bilən yüksək səviyyəli aşpazlar tərəfindən sevilərək (estetik dəyərlər də göz önündə tutularaq) hazırlanan, kiçik bir sənət əsəridir. Beləki, şəbəkənin aşpazları tərəfindən nəinki yeməklərin dadına, hətta görünüşünə xüsusi bir diqqətlə yanaşılır; onlar tərəfindən hazırlanmış ləziz, xoş ətirli və zövqlə bəzədilmiş yeməklər mükəmməl süfrədə insanları birləşdirərək, hər gün yeni bir bayram ovqatı yaşadır. 

TURAN Restoranlar Şəbəkəsi nəinki çoxçeşidli mətbəxi, həmçinin öz çağdaş, fərqli interyeri, zövqlü musiqisi və ən əsası, gülərüz, peşəkar işçiləri ilə hər zaman qonaqların məmnuniyyətini qazanmağa çalışıb. Peşə təlimində iştirak etmiş hər bir işçi, Sizlərə, özünüzü tam rahat, evinizdəki kimi hiss etməniz və gününüzü daha da xoş keçirməniz üçün xoş ortam yaradacaqlar.

Məhz bu baxımdan TURAN Restoranlar Şəbəkəsinin şüarı belədir:

                “TURAN”

Ailəvi Məkan -

                                                             Yaşanan ən gözəl an...


Hisslərinizi hər zaman bizimlə paylaşın...


Turan Restoranlar Şəbəkəsinə aşağıdakı restoranlar daxildir.

  1. TURAN Park Restoranı
  2. TURAN Lider Restoranı
  3. TURAN Garden Restoranı
  4. TURAN Zəfəran Restoranı
  5. TURAN Şəki Restoranı
  6. TURAN Park Abşeron Restoranı
  7. TURAN Lugano Restoranı